1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” kibertəhlükəsizlik üzrə gənc mütəxəssislər axtarışındadır
20.10.2017

Baki, FinanceTime. “Kaspersky Lab” şirkəti kibertəhlükəsizlik sahəsində istedadları aşkara çıxaran “Cybersecurity for the Next Generation” proqramını istifadəyə verib. Bu proqramda şirkətin tərəfdaşları sırasında “Rosatom”, “Qrinatom”, “Qazprom Neft”,PwC, “Schlumberger” və “Dassault Systemes” kimi biznes qurumlar yer alır. Proqram tələbə və gənc mütəxəssislər üçün nəzərdə tutulub.

“Cybersecurity for the Next Generation” proqramının iştirakçısı olmaq istəyənlər bizneslərin iş prosesində qarşılaşdıqları problemlər üçün həll yolları təklif etməlidirlər. Məsələn, PwC-nin tapşırığı sosial şəbəkələrdə informasiya təhlükəsizliyi sahəsində yenilikləri avtomatik olaraq toplayan və analiz edən tətbiqin yaradılmasıdır. “Qazprom Neft” isə icazəsiz şəkildə korporativ şəbəkənin internetinə qoşulanları aşkarlayan alqoritm axtarışındadır. Lakin bütün tapşırıqlar texniki xarakter daşımır: “Kaspersky Lab” şirkəti səhiyyə, bank sektoru və pərakəndə ticarət sahələrində kibertəhlükəsizlik üzrə oyun treninqləri üçün ssenari yazmağı təklif edir.

Proqramın qalibi 10 min ABŞ dolları məbləğində qranta sahib olacaq. İkinci yerin sahibi “Security Analyst Summit”inə, üçüncü yerə layiq görülən iştirakçı isə informasiya təhlükəsizliyi üzrə digər birkonfransa qatılacaq. Bundan başqa iştirakçıları partnyorlardan olan hədiyyələr də gözləyir: təcrübə proqramları, müxtəlif cihazlar və s.

“Kibertəhlükəsizlik rəqəmsal dünyamızın ən vacib elementinə çevrilib. Bununla belə, bu sahədə hələ də kadrlara ehtiyac çoxdur, xüsusən də gənc mütəxəssisləri burada stabil, maraqlı və yaxşı ödənişli iş gözləyir. Bu proqram vasitəsilə biz kibertəhlükəsizlik sahəsinin nə qədər fərqli və həyəcan verici olduğunu göstərmək və yeni istedadları üzə çıxarmaq istəyirik. Ekspertlər istənilən sahənin çox önəmli parçasıdırlar və biz bu baxımdan özümüzlə fəxr edə bilərik. Ancaq biz inanırıq ki, missiyamızın bir hissəsi də yeni istedadları axtarmaqdır”, - deyə “Kaspersky Lab” şirkətinin İnsan resursları şöbəsinin rəhbəri Kirill Şiryayev bildirib.

Həm fərdi şəxslərin, həm də 3 nəfərlik komandaların ərizələri bu ilin noyabrın 1-dəkqəbul olunur. 8 noyabr tarixindən gec olmayaraq münsiflər finalistləri müəyyənləşdirəcək. Bu iştirakçılar 5-6 dekabr tarixində Praqada təşkil olunacaq beynəlxalq final yarışına dəvət alacaqlar. Keyslərin bütöv siyahısı ilə tanış olmaq, proqram haqqında daha çox məlumat almaq və qeydiyyatdan keçmək üçün bu sayta keçid edə bilərsiniz: securitynextgen.ru.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment