|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları (03.10.2012) |
05.10.2012 | |
| |
Baki, Finance Time. Bakı Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) oktyabrın 3-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7846 AZN-ə bərabər olmuşdur.
Elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7846 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7846 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə heç bir əqd qeydə alınmamışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7846 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, heç bir əqd qeydə alınmamışdır.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır. EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmişdi, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,70 faiz, ABŞ dolları üzrə isə 13,58 faiz təşkil etmişdir.
Oktyabrın 3-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
|
|
|
|