1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ınyığımlarının həcmi 100 mln. manatı ötüb
11.09.2017

Baki, FinanceTime.  Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-cı ilin yanvar-avqust ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elnur Hüseynquluyevin verdiyi məlumata görə, operativ məlumatlar əsasında hazırlanan hesabatın nəticələrinə əsasən, cari ilin 8 ayında “PAŞA Həyat” tərəfindən ümumilikdə101,488 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 45,506 mln.manat və ya 81% çoxdur. 

E.Hüseynquluyev bildirib ki, hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 33,614 mln. manat həcmində ödəniş edilib: “Ödənişlərimiz müvafiq dövrlə müqayisədə 19,119 mln. manat və ya 2,3 dəfə artıb”.

“PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Сari ilin sentyabr ayının 1-nə cəmiyyətin nizamnamə kapitlanın həcmi 40,250 mln. manat təşkil edib.

Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta”, “Ailəmin PAŞA Güvənliyi”, “Davamlı Təhsil” adlı fərdi könüllü həyat sığortası məhsulları təklif edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment