1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Azərbaycan göndərilən spamın sayına görə qlobal reytinqin 70-ci yerindədir
29.08.2017

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkəti spamerlərin korporativ sektora marağının artmasını qeyd edir. Belə ki, 2017-cil ilin ikinci rübündə şirkətin mütəxəssisləri müxtəlif təşkilatların əməkdaşları tərkibində zərərverici əlavələr olan elektron məktubların aldığını müəyyən ediblər. Bu cür məktublara bir çox müxtəlif zərərvericilər əlavə olunur: o cümlədən hücum olunan təşkilatın daxili servislərinə və maliyyə sistemlərinə daxil olmaq üçün login və parolların oğurlanması.

Bundan başqa, ifşa olunmamaq üçün spamerlər bir sıra fırıldağa da əl atıblar. Məsələn, zərərverici proqramlar parollu arxivə yerləşdirilərək göndərilib ki, müdafiə həlləri onları açmamışdan öncə müəyyən edə bilməsin.

Məktubları alan şəxslərin sayıqlığını zəiflətmək üçün isə cinayətkarlar zərərverici yollamaları işgüzar məktublaşma kimi maskalayırdılar – bununla belə, onlar nəinki iş poştunu kopyalayır, həmçinin mövcud şirkətin rekvizitlərindən, imzalarından və loqotiplərindən istifadə edirlər, məktubun mövzusu bölməsində isə şirkətin fəaliyyət profilinə uyğun olmağa çalışırlar.

Spam-yollamalar üzrə (o cümlədən korporativ istifadəçilər üçün) ötən rübün ən qaynar mövzusu “WannaCry” şifrələyicisi olub. Bütün dünya üzrə poçt vasitəsilə yeni zərərverici ilə mübarizə aparmağa dair xidmətlər təklif olunurdu: yoluxmabıb qarşısının alınması, təlim seminarlarının keçirilməsi və s. Bəzi məktublar tanınmış proqram təminatı istehsalçıları adından göndərilirdi. Məktubda qeyd olunurdu ki, istifadəçinin kompüteri virusa yoluxub və o, müəyyən bir yenilənməni quraşdırmalıdır. Məktubda yenilənməni yükləmək üçün link də qeyd olunurdu, lakin bu link istifadəçini fişinq səhifəsinə yönləndirirdi.

“Kütləvi məktub yollama prosesində cinayətkarların “WannaCry”ı xatırlamaları bir daha onu göstərir ki, onlar potensial qurbanları olan – istifadəçilərdə ən çox narahatlıq hissi yaradan qlobal hadisələri necə diqqətlə izləyirlər. Hansısa bir hadisənin ətrafında yaranan ajiotaj cinayətkarların xeyrinədir, axı insan stress zamanı və ya hadisənin gedişatını bilmək məqsədilə ona gələn qaynar mövzulu məktubu, çox güman ki, açacaq, qeyd olunmuş linkə daxil olacaq və nəticədə cinayətkarların tələsinə düşəcək”, - deyə “Kaspersky Lab” şirkətinin kontent təhlili üzrə mütəxəssisi Darya Loseva bildirib.

Ümumiyyətlə isə, ikinci rüb ərzində dünya poçt trafikində spamın payı cüzi artaraq 57% təşkil edib. 2017-ci ilin ikinci rübünün yekunklarına görə, spamın mənbəyi üzrə dünya reytingində ilk üç lider arasında dəyişiklik baş verib. Siyahıda ən çox göndərilən spam üzrə ilk yerdə göstəricisi 12,37% təşkil edən Vyetnam qərarlaşıb. İkinci yeri göndərilən spamın payı 8,65 faiz bəndi azalaraq 10,1% təşkil edən ABŞ tutb. Üçlüyü əvvəlki kimi Çin tamamlayır, bu ölkənin göstəricisi rüb ərzində 1,19 faiz bəndi artaraq 8,96%-ə çatıb. Azərbaycan isə bu göstəriciyə görə siyahıda 70-ci yerdədir.

Spam və fişinqdə digər rəqəmlər və tendensiyaları ilə “Kaspersky Lab”ın analitik hesabatında tanış olmaq mümkündür: https://securelist.ru/spam-and-phishing-in-q2-2017/80137/.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment