Baki, FinanceTime. 22 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0102019541 ISIN-li, 20 mln manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 94.0051 AZN (12.8601%) və 96.6452 AZN (7.0000%) olan 22 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.7277 AZN (8.9999%), orta ölçülmüş qiyməti 95.7845 AZN (8.8749%) müəyyən edilmişdir. İstiqrazların nominal qiymətlə ümumi məbləği 56,866,800.00, yerləşdirilmiş həcmi isə 20 mln manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi – 20 fevral 2019-cu il.
Hərrac iştirakçıları 23 avqust 2017-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.