1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” Azərbaycanda təhsilin inkişafına daim dəstəkdir
18.08.2017

 

Şirkət bu gündən təhsillə bağlı yeni layihsinə başlayıb...

Azərbaycanda təhsilin inkişafına dəstək məqsədi ilə “PAŞA Həyat” şirkəti bu gündən etibarən “Davamlı təhsil” adlı yeni məhsulunun satışına başlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Davamlı təhsil” məktəbəqədər hazırlıq, orta və ali təhsil ocaqlarında ödənişli təhsil alan tələbələrin valideynləri üçün hazırlanmış xüsusi bir məhsuldur. Məhsulun sığorta təminatına ödənişli təhsil alan tələbənin valideynlərindən birinin istənilən səbəbdən ölümü və valideynlərdən birinin bədbəxt hadisə nəticəsində I qrup əlilliyi daxildir.

Məhsulun şərtlərinə əsasən,məhsul üzrə minumum sığorta məbləği 5000 AZN, maksimum isə 100.000 AZN müəyyənləşib. Sığorta məbləğinə təhsil haqqının qalan hissəsi və müddətli həyat sığortası  daxildir.

Valideynlər sığorta müqaviləsini minimum 3 il və ya daha çox müddətə bağlamaqla sığorta haqqı məbləğini birdəfəlik və ya illik bərabər hissələrə bölməklə onlayn şəkildə (e-pul.az, izim.az, kassam.az saytlarında) və ya tərəfdaş bankların filialları vasitəsi ilə də ödəyə bilərlər.

Sığorta hadisəsi baş verdikdə isə hər iki faydalanan şəxsə sığorta ödənişi birdəfəlik verilir. Həmçinin tələbə təhsilini dayandırdığı halda təhsil müəssisəsində istifadə olunmamış illərə görə təhsil haqqı “PAŞA Həyat” tərəfindən müştəriyə geri qaytarılır. 

Qeyd edək ki, müştərilər bu linkə http://pasha-life.az/calculators?lang=az daxil olmaqla məhsul üzrə sığorta haqqı məbləğini hesablaya bilərlər.

Valideynlər məhsul haqqında ətraflı məlumat əldə etmələri üçün  (012) 942 qısa nömrəsinə zəng edə bilərlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment