Baki, FinanceTime. 2017-ci ilin 09 avqust tarixində BFB-də Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Notların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si
|
50100259S
|
Hərraca çıxarılan həcm
|
100 000 000 AZN
|
Bir notun nominal dəyəri
|
100 АZN
|
Notların tədavül müddəti
|
28 gün
|
Ödəmə tarixi
|
06.09.2017
|
AMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər
Edilmiş dəyişikliyə əsasən, hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi 2-dən sayı (1 rəqabətli və 1 qeyri-rəqabətli) artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.