1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab”: Son bir ildə bankların dörddə biri DDoS-hücumlara məruz qalıb
28.07.2017

Baki, FinanceTime.  Maliyyə sektorunun fəaliyyətinə təsir edən kibertəhlükələrlə bağlı araşdırmanın nəticələrinə əsasən, banklar digər maliyyə təşkilatları ilə müqayisədə daha çox DDoS-hücumlara məruz qalır: 2016-cı ildə bu cür insidentlə hər dörd bankdan biri qarşılaşıb (26%). Ümumiyyətlə, maliyyə təşkilatları üçün bu göstərici 22% təşkil edib. Araşdırmaya görə, DdoS-hücumların banklara vurduğu zərərin miqdarı orta hesabla $1,172 mln., digər müəssisələr üçün isə $952 min təşkil edib.

Zərər çəkənlərin 52%-i uzun müddət – bir neçə saatdan bir neçə günədək ictimai serverlərin əlçatmazlığı və iş keyfiyyətinin pisləşməsi ilə qarşılaşıb. 43% hallarda isə DDoS-hücumlar digər zərərli əməliyyatların maskalanması üçün istifadə olunub. Bu cür hücumların başlıca hədəfi bankların saytı olur – onlar qeydə alınmış hadisələrin yarısında hücuma məruz qalıb (49%). Lakin bu, yeganə boşluqlu sahə deyil. Demək olar ki, elə bu qədər də respondent (48%) internet-bankinq və onlayn xidmətlərdən istifadə zamanı DDoS-hücumlarla rastlaşıb.

“Bank sektorunda nüfuz olduqca önəmlidir, bu da birbaşa təhlükəsizliklə bağlıdır. Əgər bankın onlayn xidmətlərində problem varsa, bu müştərilərdə güvənsizlik yaradır. İnternet-bankinqlə əlaqədar kiberinsidentlərdən effektiv müdafiə üçün şirkət hazırlıqlı olmalıdır. Xüsusən də DDoS-hücumları cəld şəkildə tanıyan və qarşısını alan həllərə böyük diqqət yetirilməlidir”, - deyə “Kaspersky Lab” şirkətinin “Kaspersky DDoS Protection” istiqaməti üzrə rəhbəri Aleksey Kiselyov bildirib.

"Kaspersky Lab” tərəfindən hazırlanmış “Kaspersky DDoS Prevention” proqramı İnternet resurslarını, demək olar ki, istənilən mürəkkəblik və gücə malik olan DdoS-hücumlarndan effektiv və çoxsəviyyəli müdafiə sistemi ilə təmin edir. “Kaspersky DDoS Prevention”da hazırlanmış müdafiə sisteminin prinsipi ona əsaslanır ki, kanalın yüklənməsi və resursun istifadəsini çətinləşdirən bütün xoşagəlməz trafik paylaşdırılmış filtr mərkəzlərindən keçirilərək elə orada qalır. Beləliklə, qorunan resurs yalnız istifadəçilər tərəfindən qanuni sorğuları qəbul edir və hətta hücum zamanı da çalışa bilir.

Araşdırmanın nəticələri ilə daha ətraflı tanış ola bilərsiniz: https://blog.kaspersky.com/from-the-perils-to-strategies/6682/.

*”2016-cı ildə Maliyyə kiberhücumları” araşdırması xüsusi olaraq “Kaspersky Lab” şirkəti üçün 15 ölkədən 800 maliyyə təşkilatı nümayəndəsi arasında keçirilib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment