1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC xidmət şəbəkəsini genişləndirir
25.07.2017

Baki, FinanceTime.  24 iyul 2017-ci il tarixində  “Excelsior Hotel & Spa Baku”  otelində  “AtaSığorta”  ASC  brifinq keçirdi.  Tədbirdə  “AtaSığorta”  ASC  İcbari Sığorta şöbəsinin müdiri Fariz Hacızadə 2017-ci ilin 6 ayı ərzində şirkətin fəaliyyəti ilə bağlı iştirakçılara məlumat verdi.   Fariz Hacızadə bildirdi ki,  xidmət şəbəkəsinin genişlənməsi “AtaSığorta” ASC-nin əsas inkişaf prioritetlərindən biridir. Yeni açılmış filial və nümayəndəliklər Bakı şəhəri və bölgələrdə yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə müştərilərə peşəkar və operativ xidmətin göstərilməsini təmin edəcəkdir.  Bütövlükdə “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 50-dən artıq filial, nümayəndəlik və satış ofisləri daxildir.

“AtaSığort”a  ASC müştərilərinə 24 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri göstərir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası və s. vardır. Tədbirin sonunda  Fariz Hacızadə  iştirakçıların suallarını cavablandırdı. 

“AtaSığorta”  ASC  2004-cü ildən etibarən tam lisenziyalı sığorta fəaliyətini həyata keçirir. Təsisçisi “AtaHolding”  olan şirkətin nizamnamə kapitalı 12 mln. 400 min manat olmaqla, aktivləri 31 mln. manata yaxındır.  “AtaSığorta”,həmçinin,  təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir “AtaSığorta”  ASC  İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment