Baki, FinanceTime. 12 iyul 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100158S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 100 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 15 investor tərəfindən 18 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 417,389,600.00 AZN təşkil etmişdir.
Sifarişlər99.2278 AZN (10.01%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti –99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar12.07.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi09.08.2017-ci ildir.