1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


“Bakı Fond Birjası” QSC-nin Səhmdarlarının növbəti İllik Ümumi Yığıncağı keçirilmişdir
14.06.2017

Baki, FinanceTime. 14 iyun 2017-cı il tarixdə Bakı Fond Birjası QSC-nin Səhmdarlarının növbəti İllik Ümumi Yığıncağı keçirilmişdir.

İclas zamanı, yığıncağın gündəliyinə müvafiq olaraq, “Bakı Fond Birjası” QSC-nin 2016-ci il üzrə illik hesabatının (maliyyə hesabatları və idarəetmə hesabatı) təsdiq edilməsi, BFB-nin Avro-Asiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması və BFB-nin yeni sədrinin təsdiq edilməsi məsələsi müzakirə edilmişdir.

Ümumi Yığıncaq ərzində səhmdarlar tərəfindən “Bakı Fond Birjası” QSC-nin 2016-cı il üzrə yekun illik hesabatı (maliyyə və idarəetmə hesabatları) müzakirə olunmuş və təsdiq edilmişdir. 

İkinci məsələ ilə əlaqədar olaraq, BFB-nin Avrasiya Fond Birjaları Federasiyasından (FEAS) çıxması səhmdarların qərarı ilə təsdiq olunmuşdur.  Qeyd edək ki, Bakı Fond Birjası 2001-ci ildən etibarən FEAS-ın üzvü olmuşdur. Təşkilatda baş verən son tendensiyalar federasiyanın gələcək fəaliyyət perspektivlərini ciddi məhdudlaşdırır, dayanıqlığını şübhə altına alır, təşkilatın beynəlxalq, o cümlədən regional nüfuzunu və strateji əhəmiyyətini kəskin azaldır. BFB və İstanbul Fond birjası da daxil olmaqla təşkilatı artıq 7 üzv tərk etmişdir.

İclas zamanı Bakı Fond Birjasının Səhmdarlarının qərarı ilə İdarə Heyətinin sədri vəzifəsinin səlahiyyətlərinin icra edən Vüqar Namazov şirkətin İdarə Heyətinin sədri təyin olunmuşdur.

Qeyd edək ki, Vüqar Namazov əmək fəaliyyətinə 2006-cı ildə “Bakı Fond Birjası” QSC-də başlamış və birjada ticarətin təşkili, ticarət platformaları, listinq, depozitar, klirinq və hesablaşmalar, strateji planlama və idarəetmə sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, 2006-cı ildə BFB-nin Ticarət Departamentinin rəisi vəzifəsinə təyin olunmuşdur. 2012-ci ildə BFB-nin İdarə Heyətinin üzvü seçilmişdir və Biznesin inkişafı üzrə direktor vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildən isə BFB-nin İH heyətinin sədr müavini və Əməliyyat və İnformasiya texnologiyaları üzrə direktor vəzifəsində çalışır. V. Namazov 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “Maliyyə kredit” ixtisası üzrə bitirmiş, 2007-ci ildə Beynəlxalq İqtisadi əlaqələr üzrə magistr dərəcəsini almışdır. 2014-cü ildə Layihələrin İdarə Edilməsi İnstitutu (PMI) tərəfindən verilən PMP sertifikatını almışdır. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantıdır. Evlidir, 2 övladı var.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment