1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” APG məhsulunun onlayn satışına başlayıb
07.06.2017

Baki, FinanceTime. “PAŞA Həyat” şirkəti bu gündən etibarən “Ailəmin PAŞA Güvənliyi ”(APG) məhsulunun onlayn satışına başlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə,istənilən şəxs sadəcə www.pasha-life.az saytında “Online xidmətlər” bölməsinə daxil olaraq APG məhsulunu tez bir zamanda əldə edə bilər: “Müştərilərimizin rahatlığını nəzərə alaraq, bu məhsul üzə ilkin sığorta təminatı məbləğinin hesablanması üçün xüsusi kalkulyator da (http://pasha-life.az/calculators?lang=az ) əlavə edilib. Məqsədimiz müştərilərin vaxtlarına qənaət etmək, onların ofisə gəlmədən bu məhsulu onlayn formada tez bir zamanda əlçatanlığını təmin etməkdir”, - deyə İctimaiyyətlə əlaqələr xidmətindən bildirilib. 

Qeyd edək ki, “PAŞA Həyat” APG məhsulunu yaratmaqla ölkənin həyat sığortası bazarında pərakəndə həyat sığortası məhsulunun satışını təşkil edən ilk şirkət olub.APG geniş hədəf kütləsi üçün hazırlanmışfərdi həyat sığortası məhsuludur: Məhsulu əldə edən şəxs istənilən səbəbdən ölüm və ya I qrup əlillik halı ilə rastlaşdığı zaman özü (yalnız əlillik halı nəzərdə tutulur) və ya ailəsi üçün sığorta məbləği həcmində maddi təminat əldə etmiş olur. Sığorta məbləğinin həcmi müştərinin yaşı, sağlamlıq durumu, həyat tərzinin risklilik dərəcəsi və digər amillər əsasında xüsusi hesablama vasitəsilə təyin edilir.

Sığorta olunan şəxs sığorta haqqının ödənişini həm əvvəlcədən birdəfəlik, həm də aylıq və ya illik bərabər hissələrlə həyata keçirə bilər. Bundan başqa, sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin faydalanan şəxsə ödənilməsi şərtini də (birdəfəlik və ya aylıq bərabər hissələrlə) müştəri əvvəlcədən özü müəyyən edə bilir.

 Məhsul üzrə təminat 60.000 AZN və 30.000 USD-yə qədər olduqda sığorta olunan şəxsdən tibbi müayindən keçmək tələb olunmur. Sığorta məbləğinin maksimal həcmi isə 500.000 AZN və ya 250.000 USD həcmində müəyyənləşib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment