1 USD 1.7000   1 EUR 1.8829   1 AED 0.4628   1 ARS 0.0291   1 AUD 1.1535   1 BRL 0.4093   1 BYN 0.8310   1 CAD 1.2870   1 CHF 1.7109   100 CLP 0.2371   1 CNY 0.2395   1 CZK 0.0731   1 DKK 0.2520   1 EGP 0.1049   1 GBP 2.1791   1 GEL 0.5730   1 HKD 0.2167   100 IDR 0.0120   1 ILS 0.4816   1 INR 0.0238   100 IRR 0.0040   100 JPY 1.5634   1 KGS 0.0241   100 KRW 0.1433   1 KWD 5.5993   1 KZT 0.0044   100 LBP 0.1130   1 MDL 0.0975   1 MXN 0.0885   1 MYR 0.4060   1 NOK 0.1854   1 NZD 1.0697   1 PLN 0.4390   1 RUB 0.0265   1 SAR 0.4532   1 SDR 2.3311   1 SEK 0.1738   1 SGD 1.2420   1 TJS 0.1753   1 TMT 0.4857   1 TRY 0.2890   1 TWD 0.0555   1 UAH 0.0689   100 UZS 0.0180   1 XAG 29.4487   1 XAU 2529.0901   1 XPD 3025.1499   1 XPT 1503.3950   1 ZAR 0.1138   
           
AMB kursu / Məzənnələr

 

 

Dr. Kamran Beydullayev

«Mərkəzi Gömrük Hospitalı»,
m.r.c.s., ümumi cərrah, transplantoloq
ətraflı məlumat
 
Oruc Ibrahimov

«AtaBank» ASC, Biznesin İnkişafı Departamentinin Direktoru
sual vermək
cavablara baxmaq
 
Dr. Səidə Kərimova

«Mərkəzi Gömrük Hospitalı»,
Fizioterapevt-reabilitoloq
ətraflı məlumat
 
Çimnaz Qasımova

İnsan Resursları sahəsində məsləhətçi, Kouç, Təlimçi
sual vermək
cavablara baxmaq
 













Sığorta


“Sığorta pulumu vermədi” – “inamsızlıq” nədən yaranmışdı?
06.06.2017

Elnur Hüseynquliyev, “PAŞA Həyat Sığorta” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə meneceri

Azərbaycanda əhalinin sığortaya olan inamsızlığı azalmağa başlayıb. Sığorta şirkətlərinin bir çox mövcud və potensial müştəriləri artıq anlayırlar ki, sığorta hadisəsi baş verdiyi anda qanunvericilikdə nəzərdə tutulduğu müddətdə o öz sığorta ödənişini tam rahat şəkildə əldə edəcəklər. Təbii ki, bu inamın yaradılmasına tənzimləyici orqanların, ictimai birliklərin və xüsusi ilə də bəzi sığorta şirkətlərinin apardığı birgə maarifləndirici tədbirlərin nəticəsində nail olunmuşdu.

 

Bəs 15 il əvvəlki “inamsızlıq” nədən yaranmışdı…

“İnamsızlığın” ilkin simptonları, hələ həyat sığortası bazarının yaranmadığı bir vaxtda, daha dəqiq desək 2000-ci illərdə banklar tərəfindən avto-kreditlərin daha çox təklif olunduğu vaxtdan başlamışdı. Sual yaranır ki, bəs “inamsızlıq” niyə yaranırdı. Bu məsələyə aydınlıq gətirmək üçün sadəcə həmin illərdə fəaliyyət göstərən bankların kredit şərtlərini, eləcə də sığorta şirkətlərinin avtokreditklər üzrə təklif etdiyi yüksək franşiza məbləğlərini yada salmaq kifayət edər.

Həmin illərdə daha doğrusunu desək, kredit bumu yaşanan dövrdə elə bir şəxs yox idi ki, kreditə avtomobil əldə etməsin. Kimisi avtomobilini yenisinə dəyişir, avtomobili olmayanlar isə özünə yeni avtomobil alırdı. Həmin dövrdə bu proses artıq adi hala çevrilmişdi. Sadəcə banka yaxınlaşaraq adi tikintidə işləyən fəhlə belə avtomobilə sahib ola bilirdi.

Həmin dövrdə adi Rusiya istehsalı olan VAZ 2107 markalı avtomobil üçün sığorta şirkətləri tərəfindən müqavilə üzrə 400-500 manat məbləğində franşiza tətbiq edilirdi. Müştəri avtomobili alarkən sevincindən sığorta müqaviləsini oxumadan belə müqaviləni sadəcə maşının bir hissəsinə ataraq lazımsız olduğunu, bankın kredit şərtlərindən biri kimi zənn edirdilər. Bir müddətdən sonra avto-qəza hadisəsi baş verdikdə isə avtomobil sahibi artıq kənara atdığı həmin sığorta müqaviləsini axtarmağa başlayır, bəziləri tapır bəziləri isə tapa bilmirdilər.

 

Müştəri əsassız olaraq “ sığorta şirkəti pulumu ödəmədi” deyirdi...

Sığorta hadisəsi araşdırılır və nəticədə avto-qəza üzrə zərəçəkmiş şəxsə dəymiş məbləğ franşiza məbləğindən aşağı olduğu halda sığorta şirkəti haqlı olaraq müştəriyə 400 və ya 500 manatdan aşağı zərəri özü qarşılayacağını bildirir. Artıq prosesin bu anından etibarən müştəridə sığorta şirkətinə qarşı aqressiya və inamsızlıq yaranırdı. Sığorta müqaviləsini oxumayan, müqavilənin harada olduğunu bilməyən müştəri ona əsaslı imtina verildiyi gündən etibarən dost-tanışlarının yanında sığorta şirkətinin ödənişdən yayınması hallarından danışmağa başlayır. Və bununla da həmin dövr üçün bu kimi müştərilər sığorta şirkətləri haqqında “neqative word of mouth” yaradırdılar. Yəni əsaslı imtina olduğu halda müştəri hamının yanında “sığorta pulumu vermədi” deyərək sığorta şirkətinə, eləcədə sığorta sektoruna qarşı kütləvi “inamsızlıq” yaradırdı. Bunun da başlıca səbəbi kimi insanların sığorta haqqında məlumatlarının olduqca az olması, ümumiyyətlə sığorta mədəbniyyətinin zəif olması ilə izah etmək olar.

Artıq o dövr arxada qaldı. Təbii ki, istənilən bir sahədə uğur və nailiyyət qazanmaq üçün zamana ehtiyac duyulur. Zaman keçdikcə bu sahədəki inkişaf da özünü göstərdi. İqtisadi inkişafın sürətləndiyi bir vaxtda dövlət sığorta sektoruna da öz diqqətini artıraraq bu sahənin inkişafı istiqamətində bir çox islahatlar həyata keçirdi. Bu sahənin inkişafına nəzarətedici qurumun (Dövlət Sığorta Nəzarəti Xidməti), İcbari Sığorta Bürosunun, ictimai qurum kimi Azərbaycan Sığortaçılar Assosiasiyasının həyata keçirdikləri proqram və işlər danılmazdır.

Tək İcbari Sığorta Bürosunun fəaliyyəti nəticəsində sığorta şirkətlərinin müştərilərə qarşı çıxardığı əsassız qərarlar, o cümlədən ödənişlərdən əsassız imtina halları əvvəlki illərlə müqayisədə dəfələrlə azalmışdır. Bu isə cəmiyyətdə sığortaya qarşı inam və etibarın daha da artmasına, eləcə də sığortanın insanlar üçün böyük faydasının olduğunu təsdiqləmişdir. Artıq cəmiyyət anlayır ki, sığorta şirkətinə müəyyən həcmdə az məbləğ ödəməklə şirkət onun bütün risklərini qarşılayır. Və sabah bir hadisə olduğu halda şirkətdən asan şəkildə sığorta ödənişini ala biləcək.

 

Həyat sığortası üzrə xidmətlər bazarı daha da canlandırdı...

Son 15 il ərzində Azərbaycanın sığorta bazarı özünün sürətli inkişaf dövrünü yaşayır. Ümumi inkişaf həm institusional, həm bazarın genişlənməsi, eyni zamanda sığorta şirkətlərinin peşəkarlığının və xidmət mədəniyyətinin artmasında özünü göstərib. Bir məsələni də vurğulamaq lazımdır ki, Azərbaycanda həyat sığortası bazarının meyadana gəlməsi ölkənin sığorta sektorundakı inkişafı daha da sürətləndirdi. Həyat sığortası üzrə ixtisaslaşan şirkətlər ümumi sığorta bazarı ilə yanaşı həyat sığotası xidmətləri haqqında maarifləndirmə işlərinə başladılar.

Eləcə də, həyat sığortası növləri baş verən hadisələrə görə ödənilən vəsaitlər müştərilərdə sığortaya qarşı bir daha inam yaradaraq onların həyat sığortasına marağını daha da artırdı.

Rəqəmlərlə desək, təkcə son 5 il (2011-2016) ərzində ölkənin ümumi sığorta bazarı iki dəfə artaraq 485 min manata, ödənişlər isə təxminən 3 dəfə artaraq 233 mln. manata çatmışdır. Bu dövr ərzində həyat sığorta bazarında da ciddi artm müşahidə olunmuşdur. Belə ki, son 5 ildə həyat sığortası bazarı təxminən 6,5 dəfə artaraq 146,033 mln.manat, sığorta hadisələri üzrə verilən ödənişlər isə 233 dəfə artaraq 92,512 mln. manat təşkil etmişdir.

 

Həyat sığortasına da maraq artır - bunu “PAŞA Həyat”ın araşdırmaları da təsdiq edir...

Sığortaya olan inam və etibarın artması “PAŞA Həyat”ın Bakı şəhərində 400 respondent üzrə apardığı geniş aradırma hesabatında da öz əksini tapıb. Sorğuda iştirak edənlərin əksəriyyəti sığortanın müxtəlif növlərindən-istər qeyri-həyat, istərsə də həyat sığortası məhsullarından yararlanırlar. Araşdırma nəticəsində məlum olub ki, respondentlərin 41%-i həyat sığortasının nə olduğunu bilirlər.

Sorğuda diqqəti cəlb edən məqamlardan biri də 46-50 yaş arası olan respondentlərin 61%-nin həyat sığortasının onlar üçün maraqlı olduğunu qeyd etmələri olub. Bu isə artıq əhalinin sığortaya olan marağının bir qədər də artmasından, eləcə də gələcəkdə sığortanın insanların həyatında vacib bir alətə çevriləcəyinindən xəbər verir.

 

Sığortaya marağın artırıması istiqmətində müxtəlif maarifləndirici layihələr həyata keçiririk

Azərbaycanda həyat sığortası bazarının meyadana gəlməsi ölkənin sığorta sektorundakı inkişafı daha da sürətləndirdi. Həyat sığortası üzrə ixtisaslaşan şirkətlər ümumi sığorta bazarı ilə yanaşı həyat sığotası xidmətləri haqqında maarifləndirmə işlərinə başladılar. Bu işlər çərçivəsində “PAŞA Həyat” sığorta şirkəti də öz maarifləndirici layihələri ilə sektorun inkişafına öz töhfəsini verməyə başladı.

Belə ki, bu bazarın yeni olmasını nəzərə alaraq şirkət 2013-cü ilin iyul ayından başlayaraq ölkənin bütün ali təhsil ocaqlarının tələbələri üçün “Sığorta və sığorta mədəniyyəti” adlı peşəyönümlü sosial layihəyə start verdi. Layihədə əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik, bacarıq və qabiliyyətlərini daha da artırmaq olub. Qeyd edim ki, 2013-ci ildən indiyədək 98 təlim təşkil edilib ki, bu təlimlərdə 2200-dən çox tələbə bu layihənin iştirakçısı olub.

Xüsusilə qeyd etmək olar ki, “Sığorta və sığorta mədəniyyəti” layihəsi Azərbaycanda həyat sığortasının təbliği ilə bağlı keyfiyyəti və uzunmüddətliyi ilə seçilən yeganə layihə kimi tanınır.

Bundan başqa, “Təcrübəni Bölüş” adlı yeni bir maarifləndirici layihəmiz də mövcuddur ki, burada məqsəd həyat sığortasının təbliği ilə yanaşı, şirkətimizdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək, onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək, onların kariyera imkanlarını daha düzgün istiqamətə yönəltməkdən ibarətdir.

Düşünürəm ki, Azərbaycanda həyat sığortası bazarının inkişafını sürətləndirmək və əhalinin həyat sığortasına olan marağını artırmaq üçün güclü maarifləndirmə layihələri həyata keçirilməli, bazara müştəri seqmentinə uyğun sərfəli şərtlərlə həyat sığortası məhsulları təklif edilməlidir. Bu isə tək “PAŞA Həyat” tərəfindən deyil, sığorta bazarının bütün oyunçuları tərəfindən həyata keçirilməlidir.

www.marja.az

 


     



12.07.2019
Mojtaba Haşemzadeh
Mərkəzi Gömrük Hospitalın yüksək ixtisaslı bariatrik cərrahı, tibb elmləri üzrə fəlsəfə doktoru

18.09.2018
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini
04.07.2019
Vagif Babayev
AccessBank-ın kiçik və orta sahibkarlıq üzrə icraçı direktoru


20.02.2018
Diana Kazaku
"Advision Finance" şirkətinin Eksperti


26.02.2019
Elçin Həsənov
Bank VTB (Azərbaycan) -ın orta və kiçik müştərilərlə iş idarəsinin Rəisi


10.11.2017
Qoşqar Həsənov
“AtaSığorta” şirkətinin Idarə Heyətinin Sədr Müavini

06.11.2018
Rövşən Allahverdiyev
Kapital Bank-ın İdarə Heyətinin sədri



18.10.2017
Samir Musayev
Bank VTB (Azərbaycan)-ın Korporativ biznesin kreditləşməsi Idarəsinin Rəisi



Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment