1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”dan ilk addım – ATA-lara həsr olunan video çarx
26.05.2017

Baki, FinanceTime. Azərbaycanda ilk dəfə olaraq “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən əhali arasında fərdi həyat sığortasının tanıdılması istiqamətində unikal video çarx hazırlanıb.

Şirkətin mətbuat katibi Elnur Hüseynquluyevin verdiyi məlumata görə, fərdi həyat sığortasına fokuslanmış video çarxda insanlara, o cümlədən ailələrə həyat sığortasının nə qədər vacib olması mesajı çatdırılır:

“İstənilən ailənin özünün gələcək planları var. Hər bir ailə başçısı övladının sağlam mühitdə böyüməsi, yaxşı təhsil alması, ali məktəbə qəbul  olması, eləcə də onun xoş günü – toyu üçün müəyyən planları və arzuları olur. Təbii ki, bütün bu arzuların həyata keçirilməsində, ailənin bütün yükü yalnız ailə başçısı – atanın üzərinə düşür. Lakin atanın bir gün olmadığı halda bütün bu arzuların reallaşması puç olur. Ailə müənəvi sıxıntıdan başqa daha çox maddi sıxıntılarla üzləşir. Maddi problemlər artıqca övladları yaxşı təhsil ala bilmir və ya təhsili yarımçıq qalır, bir sözlə ailənin planları alt-üst olur,”- deyə şirkət rəsmisi vurğulayıb.

E.Hüseynquluyev bildirib ki, Azərbaycan ailələrinin 95%-i ailə başçılarından – atadan asılı olurlar. Yəni əksər ailələrdə işləyən, ailəyə qazanc gətirən atalardır. Məhz bu baxıman da belə bir video çarxın hazırlanmasında əsas məqsədimiz atanın bir gün olmadığı halda belə, ailənin planlarının yarımçıq qalmaması üçün həyat sığortasının nə qədər vacib olduğunu göstərmək, anlatmaqdır. Düşünürəm ki, hər bir ata bu video çarxı (https://www.youtube.com/watch?v=eTSqbw0GOwU ) izləməklə ailəsinin xoşbəxt gələcəyi iləbağlı mühüm qərar verə bilər. “Ailəmin PAŞA Güvənliyi” adlanan bu məhsulu baş ofisimizə (012 942 qısa nömrəsi) müraciət etməklə, eləcə də “AGBank”ın bütün filiallarından əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment