Baki, FinanceTime. 26 aprel 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100756S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 25 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 3 investor tərəfindən 3 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 21,810,000.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.8472 AZN (14.9945%) və99.0066 AZN (12.9004%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9945%), orta ölçülmüş qiyməti –98.8788 AZN (14.5788%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar26.04.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 21,810,000.00AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 24.05.2017-ci ildir.