Baki, FinanceTime. 18 aprel 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104007544 ISIN kodlu, 364 gün tədavül müddətli, 60 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 7 investor tərəfindən 18 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 79,046,100.00 AZN təşkil etmişdir.
Sifarişlər 82.0483 AZN (21.9999%) və 87.3666 AZN (14.5398%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 84.7900 AZN (18.0372%) orta ölçülmüş qiyməti 85.2662 AZN (17.3749%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 19.04.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 59,720,000.00 təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 17.04.2018-cı ildir.