Baki, FinanceTime. 04 aprel 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102005540 ISIN kodlu, 91 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 9 investor tərəfindən 23 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,554,300.00 AZN təşkil etmişdir.
Sifarişlər 95.5247 AZN (19.0001%) və 96.6207 AZN (14.1842%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 95.7503 AZN (17.9998%) orta ölçülmüş qiyməti 96.0317 AZN (16.7586%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 05.04.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 07.04.2017-cı ildir.