Baki, FinanceTime. 28 mart 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105002551 ISIN kodlu, 728 gün tədavül müddətli, 10 000 000 AZN həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən 11 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,550,500.00 AZN təşkil etmişdir.
Sifarişlər 87.8150 AZN (22.9335%) və 100.0200 AZN (14.9880%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.0000 AZN (15.0000%) orta ölçülmüş qiyməti 100.0104 AZN (14.9937%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 29.03.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 9 498 500 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 26.03.2019-cı ildir.