Baki, FinanceTime. 14 mart 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104004541 ISIN kodlu, 364 gün tədavül müddətli, 25 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 9 investor tərəfindən 24 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 56,398,800.00 AZN təşkil etmişdir.
Sifarişlər 82.0483 AZN (21.9999%) və 87.3666 AZN (14.5398%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 84.8167 AZN (17.9999%) orta ölçülmüş qiyməti 86.0084 AZN (16.3573%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 15.03.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 25 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 13.03.2018-cı ildir.