1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


IFC-nin dəstəyi və BFB təşkilatçılığı ilə növbəti birja açılış zəngi gender bərabərliyi barədə məlumatlılığın artır
09.03.2017

Baki, FinanceTime. Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) və Bakı Fond Birjası, dünyanın 40-dan çox fond birjasına qoşularaq “Gender bərabərliyi naminə zəng” təşəbbüsünə dəstək verməklə gender bərabərliyinin özəl sektorda artım və dayanıqlı inkişaf baxımından önəmini vurğulayırlar.  

Bakı Fond Birjası tədbirində iştirak etmiş 60-dan çox özəl şirkətlər, hökumət və beynəlxalq inkişaf təşkilatları nümayəndələri qadınların səlahiyyətləndirilməsi necə məhsuldarlığı yüksəldə, əlavə müştəriləri cəlb edə, özəl şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdıra və, nəticə etibarilə, ÜDM-i necə artıra bilər mövzuları ətrafında müzakirə apardılar.    

“Tədqiqatlara görə, insan - istər kişi, istər qadın olsun, - iş yerində özünəməxsus üstünlüklərəmalikdir,” – Bakı Fond Birjasının İdarə Heyətinin sədrinin səlahiyyətlərini i.e.Vüqar Namazov söylədi. – “Məqsədimiz ən qiymətli ehtiyatımızı – insan kapitalını – düzgün istifadə edib tarazlaşdırmaq, habelə qadınların özəl sektorvə qərarvermə prosesləri üçün əhəmiyyətini nümayiş etdirməkdir.”

BMT-nin Dayanıqlı Fond Birjaları təşəbbüsünün son hesabatına görə, qadın mülkiyyətində olan kiçik müəssisələr, maliyyə xidmətləri ilə daha yaxşı əhatə olunduğu halda, qlobal iqtisadiyyata təqribən 285 milyard ABŞ dolları əlavə dəyər verə bilərlər. 2025-ci ilə qədər cinslər arasında qeyri-bərabərlik aradan qaldırılsa, dünya iqtisadiyyatı, yəni bütün xalqlar və cəmiyyətlər, 28 trilyon dollar daha varlı ola bilər.

“Gender fərqinin azaldılması şirkətlərə maliyyə göstəricilərini və investor əminliyini artırmağa kömək edə bilər. Beləliklə, gender bərabərliyi həmçinin iqtisadi ehtiyacdır,” –deyərək IFC-nin AzərbaycandakıDaimi Nümayəndəsi Aliyə Əzimova qeyd etdi. – “Araşdırmalar göstərir ki, şirkətlərin rəhbərliyində qadınların iştirakı və yaxşı korporativ idarəçilik arasında birbaşa əlaqə var. Hazırda IFC inkişafda olan ölkələrdə (o cümlədən Azərbaycanda) idarə heyətlərində gender müxtəlifliyini dəstəkləmək məqsədilə potensialıngücləndirilməsi, maarifləndirmə və ictimai müzakirənin genişləndirilməsi üçün çalışır.”

Artıq üçüncü dəfə Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən qlobal “ birja açılış zəngi”tədbiri IFC və Dayanıqlı Fond Birjası Təşəbbüsü tərəfindən, BMT-nin Qlobal Saziş təşkilatı, BMT-nin Qadınlar Qurumu, Fond Birjalarında Qadınlar TəşəbbüsüDünya Birjaları Federasiyası ilə birgə təşkil olunur. Məqsəd gender bərabərliyi və dayanıqlı inkişafın təmin edilməsində özəl sektorun rolunu vurğulamaqdır.   

Bakıdakı tədbir IFC-nin Avropa və Mərkəzi Asiyada Korporativ İdarəetmə Proqramı tərəfindən dəstəklənir və İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən maliyyələşdirilir.

Azərbaycan 1995-ci ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və sənaye sahələrində icra edilmiş 56 uzun-müddətli layihəyə 473 milyon ABŞ dollarından çox yatırımlar etmiş və bu məbləğdən 73 milyon ABŞ dollarına yaxın maliyyənidigər kreditorlardan cəlb etmişdir. Bundan əlavə, IFCticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 80 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını təşviq etmək məqsədilə bir sıra məsləhət xidmətləri layihələri icra edib.

 

IFC haqqında

IFC, Dünya Bankı Qrupunun üzvü olaraq, dünyada özəl sektoruninkişafını hədəfləyən ən iri inkişaf təşkilatıdır. Biz 2000-dən çox özəl müəssisə ilə işləyərək, 60 illik təcrübəmizdən yararlanaraq, buna ən çox ehtiyac duyulan yerlərdə yeni imkanlar açırıq. 2016-cı maliyyə ilində inkişafda olan ölkələrdə uzun-müddətli sərmayələrimizi az qala 19 milyard ABŞ dollarına yüksəldərək, biz kapital, təcrübə və təsirimizdən istifadə edibözəl bölməyə ifrat yoxsulluğu aradan qaldırmağa və müştərək rifahı artırmağa kömək edirik. Daha ətraflı məlumat üçün internet saytımızla tanış olun: www.ifc.org.

 

Bizi izləyin

www.facebook.com/IFCwbg
www.twitter.com/IFC_org
www.youtube.com/IFCvideocasts

www.ifc.org/SocialMediaIndex

www.instagram.comifc_org

 

SECO haqqında daha ətraflı məlumat əldə etmək üçün www.seco-cooperation.admin.ch saytına daxil olun.

Bakı Fond Birjası haqqında

Bakı Fond Birjası Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır və 2000-ci ildə təsis edilmişdir. BFB qiymətli kağızlar bazarının yeganə mütəşəkkil ticarət təşkilatçısıdır. Hazırda BFB-nin İstanbul Fond Birjası da olmaqla 20 səhmdarı və 6 aktiv birja üzvü vardır. BFB-də Dövlət qiymətli kağızlarının (AR Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları (DQİ) və AR Mərkəzi Bankının Notları) və korporativ qiymətli kağızların ilkin və təkrar bazarı üzrə ticarəti, o cümlədən törəmə maliyyə üzrə ticarət əməliyyatları icra edilir.

Qeyd edək ki, birjalarda zəng mərasimi adətən gündəlik ticarətin başlanmasınısimvolizə edir və xüsusi hallarda mühüm hadisələrin bir daha vurğulanmasına həsr olunur.

 

Daha ətraflı:

www.bfb.az

https://www.facebook.com/BakuStockExchange/

www.youtube.com/c/BakuStockExchangeCJSC

www.twitter.com/BakiFondBirjasi

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment