01 mart 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100156S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 50 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 11,745,600.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.8472 AZN (14.9945%) və 98.8900 AZN (14.4316%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8472 AZN (14.9945%), orta ölçülmüş qiyməti – 98.8528 AZN (14.9208%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 01.03.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 11,745,600.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 29.03.2017-ci ildir.