Baki, FinanceTime. 21 fevral 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102002547 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 9 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,215,300.00 AZN təşkil etmişdir.
Sifarişlər 90.3858 AZN (21.4499%) və 93.0842 AZN (14.9823%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 92.3980 AZN (16.5912%) orta ölçülmüş qiyməti 92.7509 (15.7608%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.02.2017 (t+1) tarixində həyata keçiriləcəkdir
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 22.08.2017-cı ildir.