1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Axa Mbask qadın sahibkarlara dəstək verir
17.02.2017

Baki, FinanceTime. AXA MBASK Sığorta Şirkəti Azərbaycanda qadın sahibkarlığına dəstək verilməsi və onun inkişaf etdirilməsi məqsədilə, "Xanım agentlər" adlanan və yalnız qadınlar üçün nəzərdə tutulan yeni layihəyə başlamışdır.

Hazırda orta və kiçik müəssisələr, xüsusilə xanım-sahibkarlar, bizneslərinin inkişafı üçün zəruri olan maliyyə resurslarının və konsaltinq yardımının əldə edilməsi ilə bağlı çətinliklərlə qarşılaşırlar. 

Şirkət, AXA Qrup kimi böyük maliyyə institutunun təcrübəsinə əsaslanaraq bu məsələnin müəyyən hissəsinin həllinə köməklik etməkdən məmnunluq duyur. 

Belə ki, bu layihə çərçivəsində AXA MBASK sığorta fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlara şirkətin brendi altında sığorta agentliyi açaraq öz bizneslərinə eksklusiv şərtlər ilə başlamaq imkanı təklif edir.

Öz növbəsində AXA MBASK sığorta agentlərinin fəaliyyətini tənzimləyən qanunvericilik tələbləri ilə bağlı bütün məsələlər üzrə məsləhət və yardım təqdim edəcəkdir.

Eləcə də bu sahədə maraqlı olan şəxslərə, o cümlədən hazırda artıq sığorta agentinin müvafiq lisenziyasına sahib olanlara hər bir köməkliyi göstərəcəkdir

Hazırda, layihə çərçivəsində xanım-agentlər üçün fiziki və hüquqi şəxslərlə, eləcə də bütün sığorta növləri üzrə maliyyə-kredit müəssisələri ilə işə istiqamətlənmiş 3 ofis (Bakıda iki ofis, Lənkəranda 1 ofis) açılmışdır.

Həmçinin, Şirkət yalnız yenicə sahibkarlıq fəaliyyətinə başlayan xanımların ehtiyacları üçün onların sığorta biznesi ilə məşğul ola biləcəyi yeni, tam təchiz edilmiş ofis açmışdır.

Bütün bunlardan başqa, Şirkət xanım-agentlərə onları növbəti addımın atılması üçün zəruri olan biliklərlə silahlandırmaq və onlarda özünəgüvən yaratmaq məqsədilə sahibkarlıq məsələləri üzrə uzunmüddətli biznes-kouçinqlər və seminarlar təklif edir.

AXA MBASK əmindir ki, bu layihə həm Bakıda, həm də bölgələrdə daha çox azərbaycanlı qadınının öz işini açmaq və inkişaf etdirmək həvəsinə səbəb olacaqdır.

Bu layihə çərçivəsində AXA MBASK şirkəti ilə əməkdaşlıq etmək arzusunda olan xanımlar (012)950 telefon nömrəsi ilə əlaqə saxlaya bilər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment