1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” ASC-nin “Paytaxt” filialı fəaliyyətə başlamışdır
16.02.2017

Baki, FinanceTime.  “AtaSığorta” ASC sığorta xidmətlərinin daha əlçatan olması və müştərilərinə yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni “Paytaxt” filialını istifadəyə vermişdir. Şirkətin “Paytaxt” filialı Bakı şəhəri, Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsi 24 ünvanında fəaliyyət göstərməyə başlamışdır. Geniş əhali kütləsinə və sahibkarlara xidmət göstərməsi nəzərdə tutulan rahat filial binası müasir texnoloji avadanlıqlarla təmin edilmişdir. 

Açılış mərasimində çıxış edən İdarə Heyətinin üzvü Ramil Abdullayev mərasim iştirakçılarını salamladı və qeyd etdi: “AtaSığorta hər zaman müştərilərinə daha da yaxın olmaqla onlara keyfiyyətli sığorta xidmətləri göstərməyə xüsusi diqqət yetirir. Yeni filial “AtaSığorta” ASC-nin strategiyasına uyğun olaraq biznesin inkişafına dəstək göstərməklə şirkətin funksiyalarını həyata keçirəcəkdir. Filialın rahat ünvanda yerləşməsi, ofisdə yaradılmış gözəl şərait müştərilərin rahatlığına və məmnunluğuna xidmət edəcəkdir”.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 milyon manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 30-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment