26 yanvar 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100453S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 25 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 4investor tərəfindən 5 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 53,033,900.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.8474 AZN (14.9919%) və 98.9990 AZN (13.0001%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.9990 AZN (13.0001%), orta ölçülmüş qiyməti –98.9990 AZN (13.0001%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 26.01.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 25 000 000 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi23.02.2017-ci ildir.