1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Lizinq


“Beynəlxalq Lizinq”şirkəti ünvanını dəyişdi
12.01.2017

Baki, FinanceTime. Səhmləri Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsus olan “Beynəlxalq Lizinq” şirkəti yeni ofisə köçüb. Şirkət bundan sonar Bakı şəhəri, Nizami küçəsi- 67 ünvanında,  ABB-nin Baş ofisinin əvvəlki inzibati binasında fəaliyyət göstərəcək. Bu dəyişiklik Bankın törəmə müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədindən irəli gəlir. ABB-ə məxsus binada yerləşməsi “Beynəlxalq Lizinq” şirkətinin öz xərclərinə qənaət etməsinə, fəaliyyətinin effektivliyinin artmasına xidmət göstərəcək.

1999-cu ildə  yaradılan, 2007-ci ildən isə “Joint Leasing Company” kimi tanınan şirkət ötən il rebrendinq prosesini başa çatdıraraq “Beynəlxalq Lizinq” şirkəti adlandırılıb. Bu qurum Azərbaycanın ən böyük lizinq şirkətiolmaqla ölkə iqtisadiyyatının bütün sektorları üçün aktivlərin orta müddətli maliyyələşdirilməsi missiyasını yerinə yetirir. Kiçik və orta sahibkarlıq müəssisələrinin ehtiyaclarının təmin edilməsinə xüsusilə böyük diqqət yönəldir.

Şirkətin fəaliyyətinin əhəmiyyətli hissəsi tikinti, kənd təsərrüfatı və emal sektorlarına aiddir. “Beynəlxalq Lizinq” şirkəti öz müştərilərinə müxtəlif yük və minik avtomobillərinin, kənd təsərrüfatı və emal avadanlıqlarının, tibbi və digər hər növ avadanlıqların, tikinti mexanizmlərinin alınması üzrə sərfəli şərtlər təklif edir. Eyni zamanda, daşınmaz əmlakın lizinqini həyata keçirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment