1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” şirkəti ilin son təliminə yekun vurdu
30.12.2016

 

Təlimlərdən 2115 tələbə yararlanıb...

Baki, FinanceTime.  “PAŞA Həyat” şirkəti maarifləndirmə layihəsi çərçivəsində “Sığorta və sığorta mədəniyyəti” mövzusunda tələbələr üçün 2016-cı ilin son 90-cı təlimini başa çatdırıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, bu ilin dekabr ayının 26-28-dətəşkil olunmuş təlimdə ölkənin müxtəlif ali təhsil ocaqlarından dəvət almış tələbələr iştirak edib.

Təlimdə tələbələrə həyat və qeyri-həyat sığortası, həyat sığortası bazarındakı mövcud həyat sığortası məhsulları, sığorta qanunvericiliyi, eləcə də Azərbaycan və xarici sığorta bazarlarının müqayisəsi haqqında geniş məlumat verilib. Daha sonra tələbələrlə xatirə şəkili çəkilib, onlara “PAŞA Həyat”ın  müvafiq sertifikatları təqdim olunub.      

Təlimin sonunda “PAŞA Həyat” şirkətinin maarifləndirmə şöbəsinin müdiri, Pərviz Quliyev indiyədək keçirilən təlimlərlə bağlı statistik məlumatları da açıqlayıb. O bildirib ki, “PAŞA Həyat”ın tələbələr üçün təşkil etdiyi “Sığorta və sığorta mədəniyyəti” adlı maarifləndirmə layihəsinə 2013-cü ilin iyul ayından başlanılıb və indiyədək bu təlimdən müxtəlif universitetlərin 2115 tələbəsi yararlanıb:“Məqsədimiz iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq,həyat sığortası məhsulları ilə bağlı cəmiyyəti maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır. Onu da qeyd etmək istəyirəm ki, şirkətimizin maarifləndirmə ilə bağlı həyata keçirdiyi bu layihə sığorta bazarının ən uzunmüddətli  layihəsidir. Düşünürəm ki,gələcəkdə biz bu cür layihələrin sayını artırmaqla ölkənin sığorta bazarının inkişafına öz töhfəmizi vermiş olacağıq”- deyə P.Quliyev vurğulayıb. 

Qeyd edək ki, “PAŞA Həyat” şirkəti sosial məsuliyyətini dərindən dərk edərək gənclərin bilik və bacarıqlarının artmasına, eləcə də onların sığorta sahəsində maariflənməsinə daim dəstək olub. Şirkət öz layihələri çərçivəsində növbəti ildə də gənclərə olan qayğısını bir daha nümayiş etdirəcək.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment