Baki, FinanceTime. 07 dekabr 2016-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100652S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 75 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –29 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,237,000.00 AZN təşkil etmişdir.
Sifarişlər98.8400 AZN (14.5690%) və 98.8800 AZN (14.0609%)qiymət intervalındatəqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.8400 AZN (14.5690%), orta ölçülmüş qiyməti –98.8650 AZN (14.2514%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 07.12.2016 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 3,237,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi05.01.2017-cı ildir.