Baki, FinanceTime. 01 noyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101020516 ISIN kodlu, 91 gün tədavül müddətli, 22 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 63,266,100.00 AZN təşkil etmişdir.
Sifarişlər 94.8700 AZN (21.9900%) və 96.4500 AZN (14.9680%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 95.5375 AZN (18.9951%) orta ölçülmüş qiyməti 95.66160 (18.44290 %) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 02.11.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 22 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 31.01.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.