1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“KasperskyLab” informasiya təhlükəsizliyi sahəsində startaplara dəstək verəcək
13.10.2016

Baki, FinanceTime.  “Kaspersky Lab” şirkəti informasiya təhlükəsizliyi sahəsində öz startaplarını yaratmaq istəyən gənc istedadlara mütəxəssis və maliyyə dəstəyi göstərmək məqsədilə “Kaspersky Start” proqramına start verir.

Proqram noyabr ayında start götürəcək və gələn ilin mart ayınadək davam edəcək. Startap komandalar layihə üzərində işləmək üçün 250 min rubl (təxminən 4 min ABŞ dolları) məbləğində qrant da daxil olmaqla bütün lazımi resurslarla təmin olunacaqlar. Proqramın nəticələrinə əsasən, ən uğurlu layihənin müəllifləri 1 mln. rubl (təxminən 16 min dollar) və öz startapalarını “Kaspersky Lab” şirkətilə birgə bazara çıxarmaq imkanı əldə edəcəklər.

“Kaspersky Start” proqramında iştirak etmək üçün ilkin inkişaf mərhələsində olan layihənin olması mütləqdir, məsələn, bu, aparat və ya proqram həllinin prototipi formasında bir layihə ola bilər. Layihə konsept formasında da  mövcud ola bilər, əsas şərt öz innovativ ideyasının həyata keçməsi üçün çalışmağa hazır olan komandanın olmasıdır. “Kaspersky Lab” isə öz növbəsində startap komandalarını maliyyə vəsaiti və  Moskvanın mərkəzində kovorkinq ofisi ilə təmin edəcək, həmçinin yeni fəaliyyətə başlayan sahibkarlar üçün kibertəhlükəsizlik üzrə ekspertlərin iştirakı ilə praktiki seminarlar təşkil edəcək.

“Kaspersky Start” proqramında iştirak etmək üçün hər kəs, j cümlədən Azərbaycandan olan gənc istedadlar ərizə forması ilə müraciət edə bilər. Bunun üçün noyabrın 3-dək https://www.kasperskystart.com/saytında qeydiyyatdan keçmək lazımdır. Ərizələrin qəbulu dayandırıldıqdan sonra ekspert komitəsi tərəfindən ideyanın dəyərivə həyata keçirilməsinə, həmçinin komandaların rəqabət qabiliyyətliliyinə əsaslanaraq 20 layihə seçiləcək. Bunun ardınca, noyabr ayında bütün proqram iştirakçıları onlara layihə üzərində işləmək üçün lazımi bilikləri və təkanı verəcək ilkin hazırlıq kurslarından keçəcəklər. Bundan sonra komandalar birbaşa olaraq öz ideyalarını həyata keçirməyə başlaya bilərlər. Gələn ilin mart ayının əvvəlində “Kasperky Start” proqramının münsifləri startap komandalarınınhəyata keçirdikləri layihələrin nəticələrini qiymətləndirərək əsas mükafatı – 1 milyon rubl məbləğində vəsaiti təqdim edəcək, eyni zamanda layihənin bazara çıxarılması üçün dəstək alacaq bir və ya bir neçə komandanı müəyyənləşdirəcək.

“Əminik ki,“Kaspersky Start” proqramı startap layihənin inkişafı üçün lazımi istiqamət verəcək və onun həyata keçirilməsi və bazara çıxarılmasında tramplin rolunu oynayacaq. Gərgin təlimlər, mütəxəssislərin köməyi, maliyyələşdirilmə və iştirakçıların məşğulluğunu nəzərə alan uyğun qrafik –bütün bunlarideyasına çox bağlı olan, lakin onun həyata keçməsi üçün kifayət qədər təcrübə və biliyə malik olmayan insanların innovativ həllər yaratmaq arzularını gerçəkləşdirməyə kömək edəcək. Ən əhəmiyyətlisi isə odur ki, dünya kibertəhlükələrdən qorunmaq üçün daha bir üsul əldə edəcək və bu texnologiyanın sıçrayış olması ehtimalı da istisna deyil”, - deyə “Kaspersky Lab” şirkətindən bildirilib.

“Kaspersky Start” proqramı “Kaspersky Lab” şirkətinin bu il başlatdığı IT startaplarla iş üzrə strateji təşəbbüsün bir hissəsidir.

“Kaspersky Start” haqqında ətraflı məlumatı və startaplar üçün mümkün ideyaları bu link vasitəsilə əldə etməkmümkündür: https://www.kasperskystart.com/.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment