1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” yaşlı internet istifadəçilərinin təcrübələrini araşdırıb
30.09.2016

Baki, FinanceTime. Ənənəvi olaraq hər ilinoktyabrın 1-i qeyd edilən Beynəlxalq Ahıllar Günü ərəfəsində “Kaspersky Lab” şirkəti sayı ilbəil artan yaşlı internet istifadəçilərinin davranışını araşdırıb.

Araşdırmanın nəticələrinə əsasən, yaşı 55-dən yuxarı olan istifadəçilər öz kompüter və mobil cihazlarında təhlükəsizlik həllərindən həvəslə yararlandıqları halda, internetə çıxış zamanı öz davranış və vərdişlərini düzəltməyə meyilli deyillər. Bundan başqa, yaşlı nəsil kibercinayətkarlar üçün daha asan hədəfə çevrilir, belə ki, bu yaş kateqoriyasına aid olan respondentlərin 54%-i son 12 ayda kiberhücumlara məruz qalıb.

Bu gün yaşlı nəsil internetdən aktiv şəkildə istifadə edir. Məsələn, yaşı 55-dən yuxarı olan istifadəçilərin 94%-i öz qohum və tanışları ilə elektron poçt vasitəsilə əlaqə saxlayır. Yuxarı yaşlı respondentlərin 90%-i bildirib ki, internet üzərindən onlayn satınalmalar və maliyyə tranzaksiyaları həyata keçirirlər. Diqqət çəkən məqam isə odur ki, bütün bu göstəricilər üzrə yaşlı insanlar gənc nəsildən heç də geri qalmır.

Lakin internetdə şüurlu və ayıq davranışa gəldikdə, yaşlı istifadəçilər gənclərdən daha çox laqeydlik nümayiş etdirirlər. Belə ki, yaşı 55-dən yuxarı olan insanlar nadir hallarda cihazlarında öncədən quraşdırılmış təhlükəsizlik funksiyalarını aktivləşdirir (sorğu olunanların yalnız 28%-i bunu edir) və daha az hallarda ictimai Wi-Fi-a qoşulduqda VPN-dən istifadə edirlər (bu təhlükəsizlik üsulundan isə respondentlərin cəmi 10% istifadə edir). Müqayisə üçün: bütün yaş kateqoriyaları arasında analoji göstəricilər müvafiq olaraq 42% və 16% təşkil edir. Daha böyük təhlükəni mütəxəssislər digər bir faktda görürlər: yaşlı nəsil istifadəçilərin 40%-i maliyyə xarakterli məlumtlarını rahatlıqla ictimai internet saytlarında paylaşırlar. Hətta ən laqeyd yaş qrupu hesab edilən 16-24 yaşlı istifadəçilərdə belə bu göstərici sadəcə 15% təşkil edir.

Yaşlı nəslin tam mənası ilə informasiya təhlükəsizliyinin risklərini dərk etməməsi bu yaş qrupu nümayəndələrinin tez-tez kiberhücumların qurbanına çevrilməsinə gətirib çıxarır. Sorğu zamanı istifadəçilər bildiriblər ki, onların yaşlı qohumları zərərli proqramlarla rastlaşmış (20%), onlayn fırıldaqçılığın qurbanı olmuş (14%), uyğun olmayan kontentlə rastlaşmış və ya təhlükəli yad insanlarla ünsiyyətdə olmuşlar (12%).

“Yaşlı insanların internetdən aktiv istifadə etməsi çox möhtəşəm haldır: satınalmalar həyata keçirirlər, öz hesablarını idarə edirlər, yaxınları ilə əlaqəni qouryub saxlayırlar. Lakin biz görürük ki, onlar öz məlumatlarının kibertəhlükələrdən qorunmasına xüsusi diqqət yetirmirlər. Bundan başqa, yaşı 55-dən yuxarı olan istifadəçilərin əksəriyyəti hakerlərin qurbanı ola biləcəklərini heç düşünmürlər. Buna görə də biz yaşlı istifadəçiləri və onların daha gənc qohumlarını öz təhlükəsizlik səviyyələrini artırmaq üçün addımlar atmağa və etibarlı müdafiə proqramlarınınquraşdırılması ilə yanaşıonlayn davranışlarını nizamlamağa, ayıqlıq və xüsusi ehtiyat göstərməyə, eyni zamanda təhlükəsizlik vasitələrinə qarşı laqeyd olmamağa çağırırıq”, -deyə ”Kaspersky Lab”şirkətinin istehlakçı biznes departamentinin rəhbəri Andrey Moxolya bildirib.

İnternetdə gündəlik fəaliyyətin optimal müdafiəsi üçün bütün cihazlarda tətbiq oluna bilən “Kaspersky Internet Security” kömək edə bilər. Məhsul kompüterlərin, smartfonların və planşetlərin bu gün ən məşhur olan –“Windows”, “Mac”, “Android” və iOS platformalarında təhlükəsizliyini təmin edir. “Təhlükəsiz ödənişlər”, “Antifişinq”, “Məlumatların toplanmasına qarşı müdafiə” və digər funksiyalar internetdə daha sərbəst hiss etməyə kömək edəcək. İntuitiv olaraq anlaşılan interfeys sayəsində proqramı istifadə etmək hətta internet texnologiyasını çox da yaxşı bilməyən cihaz sahibləri üçün də daha asan və rahat olacaq.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment