Baki, FinanceTime. 20 sentyabr 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014516 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 19,349,500.00 AZN təşkil etmişdir.
Sifarişlər 82.0500 AZN (21.9974%) və 88.9699 AZN (12.4658%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 85.5450 AZN (16.9906%) orta ölçülmüş qiyməti 86.7330 AZN (15.3806%) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 21.09.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 19.09.2017-cı ildir.
İstiqrazların tədavül müddəti – 364 gündür.