1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“Kaspersky Lab” fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir
02.09.2016

Baki, Finance Time.   “Kaspersky Lab” şirkəti fərdi istifadəçilərin müdafiəsini təmin edən bütün cihazlar üçün olan “Kaspersky Internet Security” flaqman həllinin yeni versiyasını təqdim edir. Məhsul istifadəçilərə ictimai Wi-Fi şəbəkələrinə qoşulduqları zaman əlavə müdafiə təqdim edir. Bundan başqa, həll köhnəlmiş proqram təminatının yenilənməsi və istifadə olunmayan təminatın silinməsinə yardım edəcək.

“Kaspersky Lab”ın tədqiqatına* əsasən, istifadəçilərin 82%-i səyahət zamanı ictimai Wi-Fi şəbəkəsinə qoşulmağa üstünlük verir. Nəticədə, hər beşinci səyahətçi (18%) səfər zamanı kibercinayətkarların qurbanına çevrilir. Bundan əlavə, istifadəçilər öz doğma şəhərlərində olduqları zaman da gündəlik şəkildə kafe, kino, ictimai nəqliyyat və digər məkanlarda şəbəkəyə daxil olurlar. İctimai Wi-Fi vasitəsi ilə internetə qoşulmaq hər zaman təhlükəsiz deyil, çünki cinayətkarlar bu cür şəbəkə istifadəçilərindən login və parollar, həmçinin digər fərdi məlumatlarını ələ keçirə bilərlər.

Məhz açıq ictimai Wi-Fi istifadəçilərinin müdafiəsini təmin etmək məqsədilə məhsulun “Windows” əməliyyat sistemi üçün hazırlanmış yeni versiyasında “Təhlükəsiz qoşulmaq” funksiyası yer alıb. Qeyd olunan modul şifrələnmiş əlaqə kanalı vasitəsilə ictimai şəbəkələrə təhlükəsiz qoşulmanı təmin edir. “Təhlükəsiz qoşulmaq” funksiyası internetdən bütün göndərilən və alınan məlumatları şifrələyir. Bu isə öz növbəsində məlumatların təhlükəsizliyini təmin edir.

Bütün cihazlar üçün olan “Kaspersky Internet Security” həllinin daha iki yeni funksiyası istifadəçiyə proqram təminatını idarə etməyə və onun vaxtında yenilənməsinə nəzarət etməyə kömək edir. Belə ki, “Proqramların yenilənməsi” adlı modul yenilənməyə ehtiyacı olan tətbiq və proqramları aşkar edir və istifadəçinin razılığı ilə ən son rəsmi versiyalarını quraşdırır. Beləliklə, müdafiə həlli cihazı yoluxdurmaq üçün cinayətkarların yararlana biləcəyi proqram boşluqlarını aradan qaldırır. Proqramların axtarışı və yenilənməsi fon rejimində həyata keçirilir və cihazın işinə minimal təsir göstərir. 

Lakin yenilənməyi tələb edən proqram təminatı ilə yanaşı istifadəçilərin cihazlarında uzun zaman işlətmədikləri, mövcudluğunu unutduqları və bilmədikləri tətbiqlər var. “Kaspersky Lab”ın apardığı sorğu** onu göstərdi ki, istifadəçilərin 37%-i öz cihazlarının yaddaşında xeyli zaman istifadə etmədikləri proqramları saxlayır. Bu tətbiqlər nəinki cihazın sürətinə mənfi təsir göstərir, həmçinin sistemə zərərvericinin daxil olması üçün potensial “qapıya” çevrilir. İstifadəçiləri belə risklərdən qorumaq üçün “Kaspersky Lab” bütün cihazlar üçün “Kaspersky Internet Security”yə “Proqramların silinməsi” funksiyasını əlavə edib. Bu modul bütün quraşdırılmış proqram təminatlarını nəzərdən keçirərək həm istifadəçinin nadir hallarda işlətdiyi, həm də mövcudluğundan xəbəri olmadığı proqramları aşkar edir. Məsələn, hər hansı bir proqram təminatı yükləndiyi zaman quraşdırılmış əlavə tətbiqlərdən istifadəçinin xəbəri olmaya bilər. Belə proqramların aşkarlanması barədə xəbərdarlıqdan sonra istifadəçi hansı proqramların silinməsinə özü qərar verir.

“Düşünürük ki, İT-təhlükəsizlik nəinki müdafiə həllinin effektivliyi, həmçinin rəqəmsal savadlılıq məsələsidir. Yüksək kibersavada sahib istifadəçi adətən İnternetdə diqqətli olur və şəxsi məlumatın, faylların, şəxsi həyat sirlərinin, cihazların və yaxud ailəsinin digər üzvlərinin rahatlığının müdafiəsi üçün yeni texnologiyalardan istifadə etməyə hazırdır. Biz istifadəçiyə həllərimizin hər yeni nümunəsi ilə belə imkanlar bəxş etməyə çalışırıq”, - deyə “Kaspersky Lab”ın fərdi istifadəçiləri üçün məhsulların idarə olunması şöbəsinin rəhbəri Yelena Xarçenko qeyd edib.

“Kaspersky Internet Security” ilə yanaşı “Kaspersky Lab” şirkəti fərdi istifadəçilərinin müdafiəsini yüksək səviyyədə təmin edəcək “Kaspersky Total Security”nin yenilənmiş versiyasını buraxıb. Burada flaqman həllin bütün yeni və təkmilləşmiş funksiyaları, həmçinin “Parollar meneceri”, “Kaspersky Safe Kids”, məlumatların ehtiyat sürətinin avtomatik yaradılması funksiyası və faylların şifrlənmə texnologiyası mövcuddur. Bu isə istifadəçinin şəxsi həyatının şəbəkədə etibarlı müdafiəsini təmin edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment