1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” 7 ayın nəticələrini açıqlayıb
15.08.2016

Baki, Finance Time. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2016-cı ilin yanvar-iyul ayları üzrə ilkin hesabatını açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında “PAŞA Həyat” tərəfindən 49,580 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 38% çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən 13,567 mln. manat sığorta ödənişi verilib. Nəticə etibarı ilə sığorta ödənişlərinin həcmi ötən ilin yanvar-iyul ayları müqayisədə təxminən iki dəfə artıb.

Bununla yanaşı cariilin avqust ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi 156,852 mln. manat, məcmu kapitalı 47,373 mln. manat, o cümlədən nizamnamə kapitalı 40,250 mln. manat təşkil edib. 

Qeyd edək ki, məcmu aktivlərinin həcminə görə “PAŞA Həyat” Azərbycanın ən irir sığorta şirkətidir. 

Xatırladaq ki, “PAŞA Həyat” 2011-ci ilin fevral ayından fəaliyyət göstərir.Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment