Baki, Finance Time. 02 avqust 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101007513 ISIN kodlu, 91 gün tədavül müddətli, 20 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 35,410,000.00 AZN təşkil etmişdir.
Sifarişlər 96.4427 AZN (14.9999%) və 98.1694 AZN (7.5832%) qiymət intervalında təqdim edilmişdir.
Hərrac zamanı toplanmış sifarişlər üzrə kəsmə qiymət 97.3638 AZN (11.0108%), orta ölçülmüş qiymət 97.9626 AZN (8.4577%) səviyyəsində Emitent tərəfindən müəyyən edilmişdir.
Hərrəcın yekunları üzrə, istiqrazların nominal qiymətlə reallaşdırılmış həcmi 15 186 300 AZN təşkil edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 03.08.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların ödəmə tarixi 01.11.2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.