Baki, Finance Time. 26 iyul 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104006512 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 5 investor tərəfindən 7 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,065,100.00 AZN təşkil etmişdir.
Sifarişlər 83.4095 AZN (20.00%) və 89.3119 AZN (12.033%) qiymət intervalında təqdim edilmişdir.
Hərrac zamanı toplanmış sifarişlər Emitent tərəfindən təmin edilməmişdir.