Baki, Finance Time. 12 iyul 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101004510 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 8 investor tərəfindən 16 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 40,993,300.00 AZN təşkil etmişdir.
Sifarişlər 96.4410 AZN (15.0073%) və 98.7964 AZN (4.9542%) qiymət intervalında təqdim edilmişdir.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98.5301 AZN (6.0667%) orta ölçülmüş qiyməti 98.6631 AZN (5.5103 %) təşkil etmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 13.07.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 11.10.2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 91 gündür.