1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” məzunların işlə təmin olunmasına daim dəstək göstərir
20.05.2016

Baki, Finance Time. Azərbaycan sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat Sığorta” şirkəti Gəncə şəhərində   keçirilən “Məzun-2016” yarmarkasının iştirakçısı olub.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə keçirlən məzun yarmarkasında ölkənin 36 rayonundan 130-a yaxın müəssisə və təşkilat 700-dən çox vakant iş yerlərini elan edib. 

Yarmarkda “PAŞA Həyat”ın “Qərb filialı”nın əməkdaşları məzunlara “satış üzrə mütəxəssis” vakansiyasını təklif ediblər. Bu vakansiya ilə maraqlanan məzunlara gələcəkdə işlə təmin edilməsi üçün “İşə müraciət üçün ərizə” formaları təqdim olunub. Yarmarkada onlarla məzun ərizə formalarını dolduraraq “PAŞA Həyat”ın əməkdaşlarına təqdim ediblər. 

Qeyd edək ki, “PAŞA Həyat Sığorta” şirkətinin həyata keçirdiyi korporativ sosial layihələr çərçivəsində ali təhsil ocaqları ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. “Təcrübəni bölüş” layihəsini, eləcə də 2013-cü ilin iyul ayından başlayan “Sığorta və sığorta mədəniyyəti” adlı uzunmüddətli maarifləndirici layihələri misal gətirmək olar.

“Təcrübəni bölüş” adlı layihənin məqsədi şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların kariyera imkanlarını daha düzgün istiqamətə yönləndirməkdən ibarətdir.

“Sığorta və sığorta mədəniyyəti” layihəsinin məqsədi isə iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.İndiyədək bu layihəs üzrətəşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 1800-dək tələbə iştirak edib.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment