1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


“SaxoBank” yeni avtomatlaşdırılmış ticarət strategiyalarını təqdim edib
12.05.2016

“SaxoSelect” ticarət strategiyaları – “Saxo Bank”ın rəqəmsal və avtomatlaşdırılmış investisiya texnologiyaları sahəsində atdığı növbəti addım

Baki, Finance Time.  Onlayn multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan “Saxo Bank” investisiyaların idarə olunması üzrə tam rəqəmsal və avtomatlaşdırılmış xidmət sayılan “SaxoSelect” layihəsi çərçivəsində “Alpha Trading Strategies” yeni ticarət strategiyasını təqdim edib. Ticarət strategiyaları təcrübəli investorlara ən effektiv, öncədən seçilmiş investisiya və ticarət strategiyalarına real vaxt rejimində tam şəffaf şəkildə “Saxo Bank” platforması vasitəsi ilə giriş imkanı yaradır.

Bu xidmət təcrübəli və bacarıqlı investorlara seçilmiş, təcrübəli və dayanıqlı müsbət iş nəticələrinə malik olan “SaxoSelect”in ən yaxşı treyderlərinin strategiyalarından istifadə etmək imkanı yaradır. Beləliklə, investorlar öz portfellərinə geniş aktiv spektri (valyutalar, səhmlər, sabit gəlirli qiymətli kağızlar və xammal) əlavə etməküçün unikal şans əldə ediblər.

Mürəkkəb investisiya strategiyasının hazırlanması zamnı investorların qarşılaşdığı iki əsas maneə vaxt və lazımi təcrübədir. “Saxo Bank” mütəxəssisləri tərəfindən hazırlanmış ticarət strategiyalarının zəngin seçimi şəffaflığı saxlayaraq öz portfelini sürətli və düzgün şəkildə genişləndirərək bu çətinlikləri aradan qaldırmağa kömək edir.

“Saxo Bank”da istifadə olunan “Trading Strategies” üçün hazırlanmış aktivlər portfelinin seçimi prosedurunatreydinqin bütün aktual aspektləri baxımından geniş təhlil daxildir.Əsasən, təqdim olunmuş alətlərin spektri, ticarət modelləri, sıxlıq, maliyyə lingi, dayanıqlılıq, risklərin idarə olunması və istehsalçıların təcrübəsi nəzərə alınır. Bundan əlavə, investorlar öz investisiyalarını müxtəlif portfellərə yerləşdirə bilərlər.

“SaxoSelect” –  “OpenAPI” bazası üzərində qurulmuş “SaxoTraderGO” ticarət platformasına inteqrasiya edilmiş tam rəqəmsal investisiya həllidir. Bu inteqrasiya sayəsində müştərilər bütün investisiyalarına tam nəzarət edərək ticarətin tam şəffaflığını əldə edirlər, belə ki, bütün ticarətləri real vaxt rejimində izləmək mümkündür və investorlar hər ticarət gününün sonunda portfel dinamikası haqda məlumat ala bilir.

“Saxo Bank”ın baş direktoru Kim Furne “Alpha Trading Strategies”yeni ticarət strategiyasının istifadəyə verilməsini şərh edərək bildirib: “Biz əminik ki, maliyyə texnologiyalarının inkişafı investisiya dünyası və aktivlərin idarə olunmasında inqilab yaradacaq. “Alpha Trading Strategies”in istifadəyə verilməsi “Saxo Bank”ın bu sahədə inkişafını göstərir. Platformamız ixtisaslaşmış investorlara nəinki ən effektiv “SaxoSelect” portfellərinə tam avtomatlaşdırılmış giriş, həmçinin istedadlı menecerlərə öz təcrübə və peşəkarlığını nümayiş etmək imkanını yaradır”.

“SaxoSelect”ın rəhbəri Didye Abbato əlavə edib: «“Saxo Bank” texnologiyasının unikallığı ondan ibarətdirki, o, “SaxoSelect” müştərilərinə real vaxt rejimində menecerin (müxtəlif alətlər üzrə) ticarətini təkrarlamaq və miqyasını genişləndirmək imkanını verir. Bizə məlum olduğu qədər, hazırda heç bir avtomatlaşdırılmış investisiya xidməti hərtərəfli ticarət strategiyalarını və aktivlərin geniş spektrini istifadə edərək real vaxt rejimində investisiya eləmək imkanı vermir».

“SaxoSelect” ticarət strategiyaları “SaxoSelect” çərçivəsində “BlackRock”un “iShares” bazası üzərində daha öncə bu il istifadəyə verilmiş investisiya məhsulunu tamamlayır.

Daha ətraflı məlumat üçün: https://www.tradingfloor.com/trading-strategies

“Alpha Trading Strategies” kampaniyasıhaqda video: https://www.saxobank.com/campaigns/ts-video

 

“Saxo Bank” haqqında:

“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı, ”Saxo Privatbank” vasitəsiləpeşəkar portfolio və pul vasitələri menecmentini dətəklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment