1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” təcrübəsini tələbələrlə bölüşür
11.05.2016

Baki, Finance Time. Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat Sığorta” həyata keçirdiyi sosial layihələri çərçivəsində Dövlət İqtisad Universitetində növbəti görüşünü təşkil edib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “Təcrübəni bölüş”adlı görüşdə “PAŞA Həyat”ın maliyyə departamentinin direktoru Əfqan Əfqanlı və universitetin bir qrup tələbə heyəti iştirak edib.

“PAŞA Həyat”ın təşəbbüsü ilə Dövlət İqtisad Universitenin Karyera Mərkəzinin təşkil etdiyi görüşdə Ə.Əfqanlı uğurlu iş adamı olaraq tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verib.

Görüşdə Ə.Əfqanlı şirkətdə tələbələr üçün təşkil ediləcək karyera imkanları və təcrübə proqramları haqqında da geniş məlumat verib. Görüşün sonunda tələbələrin sualları əsasında diskussiyalar aparılıb, real iş həyatı və əmək bazarında olan tələblər müzakirə edilib.

“PAŞA Həyat”ın “Təcrübəni bölüş” adlı layihəsi ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarını əhatə edəcək. Layihənin məqsədi şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatında faydalı məsləhətlər verərək onların kariyera imkanlarını daha düzgün istiqamətə yönləndirməkdən ibarətdir.

Qeyd edək ki, “PAŞA Həyat” 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri də (Master Klasslar) təşkil edir.

Tələbələr arasında belə bir təlimin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaq, eyni zamanda cəmiyyəti sığorta sahəsi haqqında maarifləndirməklə yanaşı, sığorta bazarının inkişafına dəstək olmaqdır.

İndiyədək təşkil olunan təlimlərdə müxtəlif ali təhsil ocaqlarından 1800-dək tələbə iştirak edib. Təlimdə iştirakçı sayının çox olması şirkətin sosial məsuliyyət çərçivəsində gənclərin sığorta sahəsində maariflənməyə verdiyi mühüm dəyərin bariz nümunəsi kimi qiymətləndirmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment