1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Sığorta” şirkəti yeni “10 il sürən endirim görər” avtonəqliyyat vasitələrinin KASKO sığortası kampaniyası elan edir
02.05.2016

Baki, Finance Time.  “PAŞA Sığorta”şirkəti 10 illik yubileyi ilə əlaqədar avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə yeni “10 il sürən endirim görər” KASKO sığortasıkampaniyasınımüştərilərinə təqdim edir.

May ayının 2-dən 15-nə kimi davam edəcək kampaniya müddətində 10 il sürücülük təcrübəsinə malik olan bütün müştərilərə KASKO sığortası məhsullarına 20% endirim təqdim olunacaq. Endirim şirkətin müştərilərinə təqdim etdiyi bütün KASKO sığotası məhsullarına aid edilir. Məhsulun əsas məqsədi müştərilərə daha az vəsait sərf edərək maksimum rahatlıq və güvənlik bəxş etməkdir.

Daima müştəri məmnuniyyətinə xüsusi diqqət ayıran şirkət 10 il ərzində müştərilərinə 115 890 100 manat məbləğində ödəniş həyata keçirmişdir. Həmçinin sürücülərin maarifləndirilməsi işinə də şirkət tərəfindən böyük diqqət göstərilir. 2014-cü ildə “PAŞA Sığorta” şirkətinin həyata keçirdiyi “Nümunəvi Sürücü” adlı layihə müsabiqənin “İctimaiyyətin Maarifləndirilməsi” nominasiyasının qalibi adına layiq görülməsini buna əyani misal olaraq göstərmək olar.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment