1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Alfa Sığorta” ASC ilk rübdə xaricdən idxal edilən cins damazlıq heyvanlarının sığorta növü üzrə verilən ödənişlərini 29 % təş
29.04.2016

“Alfa Sığorta” ASC  2016-cı ilin ilk rübündə xaricdən idxal edilən cins damazlıq heyvanlarının sığortalanması ilə bağlı baş vermiş sığorta hadisələri üzrə həyata keçirilən sığorta ödənişlərinin  təhlilini apararaq məlum olmuşdur ki, bu sığorta növü üzrə verilən sığorta ödənişlərini 29 faiz təşkil etmişdir. Qeyd etmək istəyirik ki,  xaricdən idxal edilən cins damazlıq heyvanlarının sığortalanması ilə bağlı sığortalı təşkilat “Aqrolizinq” ASC-dir.

Baki, Finance Time. Kənd təsərrüfatı sahəsi üzrə “Alfa Sığorta” ASC-də müstəqil ekspert olaraq fəaliyyət göstərən, təcrübəli mütəxəssis Sabir Süleymanov məsələ ilə bağlı münasibət bildirmişdir ki, sığorta ödənişlərinin bu növ üzrə faiz dərəcəsinin yüksək olması təbii haldır, çünki “Alfa Sığorta” ASC-nin sığorta portfelinin böyük hissəsini məhz bu sığorta növü təşkil etmişdir. Dövlət vəsaiti hesabına xaricdən idxal olunmuş damazlıq heyvanların güzəştlə lizinq yolu ilə sahibkarlara verilməsində əsas məqsəd, əhalini keyfiyyətli ərzaq məhsulları ilə təmin etməkdən və ölkəmizdə sahibkarlığın inkişafı üçün şərait yaratmaqdan ibarətdir. Eyni zamanda ekspert bildirmişdir ki, dövlət vəsaiti hesabına xaricdən idxal olunmuş və “Aqrolizinq” ASC tərəfindən lizinqə verilmiş damazlıq heyvanların saxlanılması, bəslənməsi, yetişdirilməsi istiqamətində sahibkarlar ciddi pozuntulara yol verməkdədirlər. Bunun nəticəsidir ki, heyvanlar qısa müddətdə xəstələnir, tələf olur və ya çıxdaş olunurlar. Belə ki, keçirilmiş çoxsaylı monitorinqlər onu göstərir ki, bir çox təsərrüfatlarda  sahibkarlar lizinq və sığorta müqavilələrinin şərtlərini pozmaqla yanaşı mal-qaranın saxlanma-bəslənməsində baytarlıq-sanitariya tələblərinə riayət etmirlər.

Ekspert problemlərin həlli istiqamətində aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini tövsiyyə edir: mal-qara saxlanılan tövlələr zoobaytar tələblərə tam cavab verməlidir; təsərrüfatın yem bazası yaradılaraq, mal-qara rasiona uyğun yemləndirilməlidir; damazlıq heyvanların saxlanılması və onlara qulluq göstərilməsi üçün müfaviq hazırlıq keçmiş işçi heyəti olmalıdır; mütəmadi olaraq heyvanların ümumi vəziyyətinə kliniki baxış keçirilməlidir; heyvanlara gündəlik fəal gəzinti təşkil edilməlidir və sair. Diqqətinizə çatdırırıq ki, heyvadarlıqla məşğul olan lizinq alan sahibkarlar, öz fəaliyyətlərinə məsuliyyətlə yanaşmaqla, yuxarıda göstərilənlərə ciddi şəkildə riayət etməlidirlər. Onu da qeyd edirik ki, xaricdən idxal edilən cins damazlıq heyvanların lizinqə verilməsi proseduru təkminləşdirilməlidir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment