|
|
|
Valyuta birjası | | | BEST sistemində ticarətin yekunları |
28.08.2012 | |
| |
Baki, Finance Time.Banklararası Valyuta Birjasının elektron hərraclar sistemində (BEHS) avqustun 27-də keçirilmiş hərracların yekunlarına görə, USD/AZN orta birja məzənnəsi 1 dollar üçün 0,7846 AZN-ə bərabər olmuşdur.
Elektron hərraclar sistemində (BEHS) səhər sessiyasının açılışında USD/AZN məzənnəsi 1 dollar üçün 0,7848 AZN-ə bərabər idi.
Səhər sessiyasında USD/AZN T+0 aləti üzrə 11.769.000 AZN məbləğində əqd qeydə alınmışdır.
Səhər sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7846 AZN təşkil etmişdir.
Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 1.732.592,40 AZN məbləğində əqd qeydə alınmışdır.
Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,7846 AZN təşkil etmişdir.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə, hərracların ümumi məbləği 17,206 milyon ABŞ dolları, yaxud manat ekvivalenti ilə 13.501.592,40 AZN olmuşdur.
USD/AZN T+1, T+2, SWAP_USD/AZN alətləri üzrə əqdlər qeydə alınmamışdır. EUR/AZN və RUB/AZN alətləri üzrə bank sifarişləri qeydə alınmamışdır.
EUR/USD_TOD və EUR/USD_TOM alətləri üzrə bank sifarişləri verilmişdi, lakin bu alətlər üzrə əqdlər bağlanmamışdır.
BEHS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə manatla illik 12,67 faiz, ABŞ dolları üzrə isə 13,17 faiz təşkil etmişdir.
Avqustun 27-də birjada banklararası kredit alətləri üzrə əqdlər bağlanmamışdır.
|
|
|
|