Baki, Finance Time. 19 aprel 2016-cı il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102009492 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Sifarişlər 6 investor tərəfindən 10 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 26,464,300.00 AZN təşkil etmişdir.
Sifarişlər 92.1659 (gəlirlik 17.1878%) və 95.9300 (gəlirlik 8.5791%) qiymət intervalında təqdim edilmişdir.
İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 93.8967 (gəlirlik 13.1436%) orta ölçülmüş qiymət 94.3208 (gəlirlik 12.1753 %) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 20.04.2016 (t+1) tarixində həyata keçiriləcəkdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN məbləğində müəyyən edilmişdir.
İstiqrazların ödəmə tarixi 18 oktyabr 2016-cı ildir.
İstiqrazların tədavül müddəti – 182 gündür.