1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Axa Mbask qazananlar klubun növbəti iclası Dubayda keçirildi”
20.04.2016

Baki, Finance Time. AXA MBASK Sığorta Şirkətinin 2015-ci ilin yekunlarına görə ən yüksək satış nəticələri göstərmiş sığorta agentləri, İdarə heyətinin üzvləri və şirkətin əməkdaşları ilə birlikdəDubayasəyahətetdilər.

Bu səfər əsnasında Hilton Garden İnn otelində sığorta bazarının imkanları və cari problemlərinə həsr olunan işgüzar görüşlər də keçirildi.

Şirkətin rəhbərliyi, agentliklər şəbəkəsinin genişləndirilməsini, könüllü və icbari sığorta növlərinin satış həcmlərinin artırılmasına yönəldilmiş plan və strategiyaları, müştəriyə təqdim edilən xidmətin keyfiyyətini artırılması, habelə əməliyyat proseslərinin təkmilləşdirilməsinə dair sığorta agentlərinin təklifləri və layihələrini agentlərlə müzakirə etdi. 

Məlumat üçün bildirmək lazımdır ki,  bu il iclasda iştirak edən  “Qazananlar Klubun” üzvləri, AXA MBASK ilə minimum 4 il əməkdaşlıq edən agentlər olub. Və bu agentlərin 2015-ci ildə yığdıqları sığorta haqqların həcmi, bazardaki sığorta şirkətlərin  renkinqində 10 -15-ci yerə daxil olacaq səviyyəsindədir. Hal-hazırda AXA MBASK satışlarının 75%  agentlər tərəfindən edilir.

AXA Qrupun Qlobal strategiyasına uyğun olaraq, şirkətin illik gəlirin müəyyən hissəsi agentlərın inkişafına və motivasiyasına sərf olunur.

Bunun əsasında, şirkətdə, sığorta agentləri ilə münasibətlərin inkişaf etdirilməsi çərçivəsində ən effektiv motivasiya amillərini özündə birləşdirən, unikal bir motivasiya sistemi işlənib hazırlanmışdır. “AXA MBASK Qazananlar Klubunun” iclasları məhz həmin proqramın tərkib hissəsidir.  

“Qazananlar Klubunun” iclasları hər il müxtəlif ölkələrdə keçirilir. Bu günə kimi Klub, Dubaydan başqa,  Şimali  Kipr və Gürcüstanda yığılmışdır. Növbəti yığıncaqları da xarici ölkələrdə keçirilməsi nəzərdə tutulub.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sahibkarlıq prinsipinə uyğun olaraq öz portfelini quran sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılmışdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment