1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“AtaSığorta” icbari sığorta haqlarının ödənişini daha asan etdi
15.04.2016

Baki, Finance Time. Hər zaman müştəri məmnuniyyətinə xüsusi diqqətlə yanaşan “AtaSığorta” ASC sığorta haqlarının ödənilməsi imkanlarının artırılması və tezləşdirilməsi üçün səylərini davam etdirir. “AtaSığorta” ASC-dən icbari avtomobil sığortası əldə etmiş müştərilər sığorta haqqını “eManat” terminal şəbəkəsində rahatlıqla ödəyə biləcəklər. Sığorta haqqının ödənilməsi üçün müştərilər “eManat” terminallarında mobil telefon nömrələrini, şəxsiyyət vəsiqəsinin pin kodunu və nəqliyyat vasitəsinin nömrəsini daxil etməlidirlər.

“AtaSığorta” ASC  tərəfindən görülən bu işlər nəticəsində müştərilərin yüksək səviyyəli xidmətlə təmin olunması və məmnunluq səviyyəsinin artırılması nəzərdə tutulmuşdur. 2013-cü ildən fəaliyyət göstərən eManat terminalları əsasən market və supermarketlərdə, metro və keçidlərdə, qaz və su idarələrində, müxtəlif ticarət və biznes mərkəzlərində, təhsil və səhiyyə ocaqlarında yerləşirlər. Hazırda bütün ölkə ərazisində 2000-dən çox eManat terminalı fəaliyyət göstərir və burada 80-dək xidmət üzrə ödəniş aparmaq mümkündür.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir.  Şirkət 30 milyon manatdan artıq aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. AtaSığorta həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və ofislər daxildir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment