1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


"Beynəlxalq Sığorta Şirkəti" müştərilərə unikal xidmət təklif edir
13.04.2016

 “Beynəlxalq Sığorta Şirkəti” İnformasiya Texnologiyalarının tətbiqi ilə yeni sığorta məhsullarının hazırlanması istiqamətində öz ənənəsinə sadiq qalaraq, müştərilərinə yeni xidmət təklif etməyə başlayıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə tətbiq olunan bu xidmət sayəsində, xarici ölkələrə səfərə gedən şəxslər  səyahət sığortası şəhadətnaməsini vaxt itirmədən, dünyanın hər bir nöqtəsindən, bir neçə saniyə ərzində əldə edə bilərlər. Bunun üçün sadəcə internetdən yararlanaraq, günün 24 saatı və həftənin 7 günü ərzində şirkətinwww.iic.az internet səhifəsinə daxil olub, lazım olan sığorta paketini seçmək lazımdır. Müştəri tərəfindən internet səhifəsində təqdim olunan forma doldurulduqdan və hesablanmış sığorta haqqı bank kartları vasitəsi ilə ödənildikdən bir neçə saniyə sonra, hazırlanmış sığorta şəhadətnaməsi onun elektron ünvanına göndərilir. Müştəri həmin şəhadətnaməni elektron daşıyıcılara köçürə və ya tələb olunan yerə təqdim edilməsi üçün çap edə bilər.

Şirkətdən bildirilib ki, sistem bir neçə müddət test rejimində işlədilərək, istifadəyə tam hazır vəziyyətə gətirilib. Respublikanın sığorta bazarında “Beynəlxalq Sığorta Şirkəti”nin yeganə şirkət olaraq təklif etdiyi bu yeni xidmətin özəlliyi ondan ibarətdir ki, sığorta şəhadətnaməsi alarkən, müştərinin şirkətin əməkdaşları ilə təmasda olmasına ehtiyac qalmır.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti hazırda müştərilərinə 32 sığorta növü üzrə sığorta xidmətləri göstərir.

www.apa.az


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment