1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığortaçıların onlara aidiyyatı olan şəxslərlə əqd bağlaması üçün yeni şərtlər müəyyənləşib
01.04.2016

Azərbaycanda sığortaçının ona aidiyyatı olan şəxslərlə bağlanmasına icazə verilən əqdlərə əlavə tələblərin siyahısı genişləndirilib.

APA-Economics”in məlumatına görə, “Sığorta fəaliyyəti haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsində sığortaçının ona aidiyyatı olan şəxslə bu qanunun 69.1-ci maddəsində nəzərdə tutulmuş əqdləri bağlaması ilə bağlı yeni şərtlər  nəzərdə tutulub.

Belə ki, qanunun 70-ci maddəsinə edilmiş əlavələrə görə, aidiyyatı şəxslə bağlanılması nəzərdə tutulan əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə sığortaçı tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının  sadə səs çoxluğu ilə qəbul edilən qərarı olduqda sığortaçı aidiyyatı şəxslə əqd bağlaya bilər.

Bundan başqa, əqdin dəyəri sığortaçının aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin əqdin bağlanması barədə qərarın qəbul edilməsi səlahiyyətinin sığortaçının nizamnaməsi ilə səhmdarların ümumi yığıncağına və ya İdarə Heyətinə həvalə edildiyi hallar istisna olmaqla, Direktorlar Şurasının qərarı olduqda sığorta ona aidiyyatı olan şəxslə əqd bağlaya bilər.

“Direktorlar Şurasının və İdarə heyətinin  üzvləri, habelə sığortaçının struktur bölmələrinin ( filial, nümayəndəlik və s.) rəhbərləri özlərinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1.3-cü və 49-1.1.5-ci maddəsində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyatı şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər. Aidiyyatı şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur”, - deyə qanun layihəsində qeyd olunub.     

www.apa.az

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment