1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Sığortaçı Akademiyası layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə növbəti təlim keçirildi
30.03.2016

Baki, Finance Time. 17 -18 mart tarixlərində PAŞA Sığorta şirkətinin əməkdaşları “Sığortaçı Akademiyası” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsinin qaliblərinə növbəti təlim keçirdilər.

Bu müsabiqədə qaliblərə "Sığorta işinin əsasları və korporativ idatəetmə" mövzusunda təlimlər keçirilmişdir. Qeyd etmək istərdik ki, ilk təlim 29 fevral – 1 mart tarixlərində keçirilmiş, təlimdə 11 qalib şəxs iştirak etmişdir. Bu dəfə ki təlimdə 7 qalib şəxs iştirak etdi.

Təlimlər Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibat mövzularını əhatə edib və PAŞA Sığorta şirkətinin əməkdaşları tərəfindən şirkətin baş ofisində keçirilib.

Təlim sonunda bütün iştirakçılar sertfikatla və xüsusi hədiyyələrlə təltif olundular.

Layihənin əsas məqsədi gənclərimizin sığorta biliklərini artırmaqdır, və şirkətdən aldığımız məlumata görə bu istiqamətdə davamlı işlərin görülməsi planlanır.

Qeyd edək ki, «PAŞA Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. «PAŞA Holding» qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment