Baki, Finance Time. 05 fevral 2016-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105001488 ISIN kodlu dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 5 000 000 USD təşkil etmişdir.
Sifarişlər 100.9636% qiymətlə təqdim edilmişdir.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 USD məbləğində müəyyən edilmişdir.
İstiqrazlar üzrə faiz gəlirliyi 3.5 % təşkil edir.
İstiqrazların ödəmə tarixi 02 fevral 2018-ci ildir.